yol nəqliyyatı vasitəsi

Mexaniki hərəkət edən nəqliyyat vasitəsi və onların buksirə aldıqları istənilən qoşqu və yarıqoşqular

yol-nəqliyyat hadisəsi
yol təsərrüfatı orqanları
OBASTAN VİKİ
Nəqliyyat vasitəsi
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Yol
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir. == Etimologiyası == Yol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir. == Yolun tarixi == === Yolların yaranması === Tarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə.
Nəqliyyat vasitəsi kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Avtomobil nəqliyyatı
== Ümumi məlumat == Avtomobil nəqliyyatı - Quruda ən geniş yayılmış nəqliyyat növü avtomobil nəqliyyatıdır. Avtomobil nəqliyyatının inkişaf səviyyəsi yolların uzunluğu və keyfıyyətindən, avtomobillərin sayından və bu sahədə xidmətin səviyyəsindən asılıdır. Dünyada ilk avtomobillərin istehsalına XIX əsrin əvvəl- lərində başlamlmış və yalnız 1923-cü ildə ABŞ-də və İtaliyada avtomobil yolları inşa edilmişdir. Müasir dövrdə dünyada asfalt və bərk örtüklü avtomobil yollarmın uzunluğu 31 mln. km-ə çatır. Onların təxminən yarısı inkişaf etmiş ölkələrin payına düşür (cəd. 1.5.4 Avtomobil yollarının uzunluğuna görə aparıcı ölkələr Avtomobil yollarının sıxlığına görə dünyanın aparıcı ölkələri Azərbaycanda avtomobil yollarınm ümumi uzunluğu 59,1 min km təşkil edir. İstifadə edilən bərk örtüklü avtomobil yolların uzunluğu 29,2 min km-dir, onlardan - 1,684 min km beynəlxalq, 2,669 min km - strateji və 13 min km yerli əhəmiyyət daşıyan yollardır. Avtomobil nəqliyyatı ilə dünyada sərnişin daşmmalarınm 80%-i təmin olunur.Dünyada avtomobil parkı daim genişlənir. Müxtəlif mənbələrə əsasən, hazırda dünyada 800-850 mln.
Dəmiryol nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəmiryolu nəqliyyatı
Dəmiryolu nəqliyyatı — müxtəlif yükləri kütləvi şəkildə uzaq məsafələrə yüksək sürətlə və digər nəqliyyat vasitələri ilə müqayisədə qat-qat ucuz aparması ilə, həmçinin hərəkətinin müntəzəmliyi ilə fərqlənən nəqliyyat vasitəsi. Dəmir yolu nəqliyyatının tarixi o qədər də qədim deyildir. Bu nəqliyyatın yaranması sənaye inqilabı dövründən başlanmışdır. == Tarixi == Dəmir yollannın tikintisi XIX və XX əsrin birinci yarısında bir çox ölkələrdə aparılırdı. Məhz bu səbəbdən əksər ölkələrdə dəmiryol nəqliyyatı aparıcı nəqliyyat növlərindən birinə çevrilmişdi. Artıq 1840-cı ildə dünyada dəmiryol xətlərinin uzunluğu 2,5 min km-ə çatmışdı. Müasir dövrdə bu göstərici 1,3 mln. km təşkil edir. İlk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xəttinin açılışı olmuşdur. Elə həmin ildə ABŞ-də ilk dəmiryolu çəkilmişdir.
Dəniz nəqliyyatı
Dəniz nəqliyyatı — Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. == Ümumi məlumat == Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Ən iri dəniz limanlarından ildə 50 mln. tondan çox yük daşınır. Yük dövriyyəsinə görə ildə 200 mln tondan çox mal ötürən limanların sayı 15-ə çatır. Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Dəniz nəqliyyatının turistlərin daşınmasında (kruiz səyаhəti) əhəmiyyəti çoxdur. Dünyanın 10 ən iri dəniz limanları Dəniz nəqliyyatında konteynerlə daşınmaların artımı, dəniz limanlarında xidmətlərin mürəkkəbləşməsi, bu sahədə rəqabətin artmasına səbəb olmuşdur. Nəticədə inkişaf etmiş ölkələrin gəmiləri daha "ucuz” (xidmətə, ekoloji tələblərə, vergilərə və işçi qüvvəsinə verilən əmək haqqına görə) hesab olunan ölkələrin bayraqları altında üzür.
Elektron nəqliyyatı
Elektron nəqliyyatı - istehsal edilən elektrik enerjisinin istehlakçılara çatdırılmasına xidmət edən nəqliyyat növü. == Haqqında == Təsərrüfat obyektlərini və əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün Azərbaycanda 1954-cü ildə Vahid enerji şəbəkəsi yaradılmışdır. Bu sistem Rusiyanın və Gürcüstanın ereji şəbəkəsinə son vaxtlarda isə İran və Türkiyənin enerji sisteminə birləşmişdir. Azərbaycandan Gürcüstana enerji verilir. İrn və Türkiyədən isə Naxçıvan üçün enerji alınır. Elektrik verilişi xətlərində gərginlik müxətlif olur. Abşeron regionunun elektrik enerjisi ilə təmin edilməsi üçün 220 kvt gərginlikli Mingəçevir-Bakı, Şirvan (keçmiş Əli Bayramlı) – Bakı elektrik veriliş xətləri çəkilmişdir. Bura 330 kvt gərginlikli 250 km uzunluğunda ikinci Mingəçevir-Bakı (Azərbaycan DRES-dən) və Şirvan-Bakı elektrik veriliş xətti gəlir. Azərbaycanın energetika sistemini Gürcüstanın enerji sistemi ilə birləşdirmək, inzibati rayonları elektrik enerjisi ilə təchiz etmək üçün Mingəçevir və Şirvandan Ağstafaya qədər elektrik verilişi xətti çəkilmişdir. Mingəçevirdən çəkilən xəttin gərginliyi 500 kvt-dır.
Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur. == Tarixi == 1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı.1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı. Çikaqo tranzit sistemin estakada tipli olduğu üçün qısaca "L" olaraq tanınır.
Hava nəqliyyatı
Hava nəqliyyatı-Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. == Tarixi == Hava nəqliyyatı - Ən sürətli və dinamik inkişaf edən nəqliyyat növü hesab olunur. Aviasiya vasitəsi ilə sərnişinlərin və yüklərin daşınmasına yalnız I Dünya müharibəsindən sonra başlanmışdır. Əgər 1937-ci ildə dünyada hava nəqliyyatı ilə 4 mln. nəfər səmişin daşınmışsa, XXI əsrin əwələrində bu göstərici 2,2 mlrd. nəfər təşkil etmişdir. == Ümumi məlumat == Sərnişinlərin və xüsusi dəyərli yüklərin lazım olan məntəqəyə qısa müddətə çatdırılması hava nəqliyyatının üstün cəhətlərini müəyyən edir. İstifadə edilən təyyarələrin fərqli texniki xüsusiyyətləri hava məkanında müxtəlif hündürlüklərdə hava xətləri şəbəkəsinin yaradılmasına imkan vermişdir. Müasir dövrdə belə hava xətləri şəbəkəsinin ümumi uzunluğu 10 mln. km təşkil edir.
Koreya Nəqliyyatı
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. === Avtobus === Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. == Növlər == Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Su nəqliyyatı
Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir. Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. == Ümumi məlumat == Yer kürəsinin 71%-inin Dünya okeamndan ibarət olması və materiklərarası iqtisadi əlaqələrin inkişafı dəniz nəqliyyatının həddən çox əhəmiyyət daşımasım müəyyən edir. Yük dövriyyəsinə görə son 50 il ərzində dünyada birinci yeri məhz dəniz nəqliyyatı tutur. Belə ki, dünyada ümumi yük dövriyyəsinin 60%-i dəniz nəqliyyatının payma düşür. Bu nəqliyyat növü yük daşımalannın orta uzunluğu ilə də fərqlənir. Bu göstərici 7 min km-dən çoxdur. == Su nəqliyyatı haqqında == Su nəqliyyatı — yüklərin (və ya sərnişin) su yolları (okean, dəniz, göl, çay həmçinin süni kanallar və s.) üzrə daşınmasıdır. Gəmi əsas nəqliyyat vasitəsidir.
Çay nəqliyyatı
Çay nəqliyyatı — Çay nəqliyyatının inkişafı üçün imkanların kifayət qədər geniş olmasına baxmayaraq, bu imkanlardan lazımı dərəcədə istifadə edilmir. Çayda suyun səviyyəsinin dəyişməsi, burada texniki baxımdan lazımı tənzimləmə işlərinin aparılmasının vacibliyi. mütəmadi dərinləşdirmə işlərinin görülməsi və digər səbəbləri çay nəqliyyətinin inkişafına maneçilik edən səbəblərə aid etmək olar. Çay nəqliyyatı nisbətən ucuz və ekoloji baxımdan təhlükəsiz nəqliyyat növlərinə aiddir. Bıuıa görə hər bir materikdə ölçücə iri və çay nəqliyyatının istifadəsi üçün əlverişli sayılan yerlərdə çay limanları inşa edilmişdır. Məsələn, Avropada - Dunay və Volqada, Şimali Amerikada - Missisipi və Missuridə, Asiyada - Xuanxe və Yansızıda, Afrikada - Nildə çay limanları istismar edilir. Bu çaylarda turizm əhəmiyyətli kruizlərlə yanaşı yük daşımaları da həyata keçirilir. Avropada çay nəqliyyatı üçün yararlı olan su arteriyaların təxminən 37 min km-i hələ istifadə ediimir. Müasir dövrdə Avropada çay nəqliyyatı ilə yükdaşıma imkanlarından yalnız 15%-ə qədər istifadə olunur. Belə vəziyyəti nəzərə alaraq, Avropa Birliyi ölkələri tərəfındən çay nəqliyyatının inkişafına yönəldilmiş birgə ‘'Marko Polo” proqramı həyata keçirilir.
...Yol (Qriffinlər)
...Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir. == Seriyalar == == İstinadlar == == Xarici keçidlər == "Rod-Aylendə yol" — Internet Movie Database saytında."Avropaya yol" — Internet Movie Database saytında."Rupertə yol" — Internet Movie Database saytında."Almaniyaya yol" — Internet Movie Database saytında."Cizgi kainatına yol" — Internet Movie Database saytında."Şimal qütbünə yol" — Internet Movie Database saytında."Veqasa yol" — Internet Movie Database saytında."Hindistana yol" — Internet Movie Database saytında.
Bizim yol
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2000-ci ildə Bahəddin Həziyevin əli ilə yaradılıb, və 2003-cü ildən çap olunur. Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. == Əlaqə == tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] == Xarici keçidlər == www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo == İstinadlar == == Mənbə == "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Qəlbinə Yol
Azərbaycanın Respublikasının Xalq Artisti Zülfiyyə Xanbabayevanın sayca üçüncü studiya albomu. == Albom haqqında == "Qəlbinə yol" musiqi albomu 2003-cü ilin mart ayı mediaya təqdim olundu, aprel ayında satışa çıxdı. 2003-2004-cü illər üçün bu Azərbaycanda satış qiymətinə görə ən bahalı musiqi albomu idi. Bununla yanaşı Qəlbinə Yol buraxıldığı il, ən çox tələb olunan albomlar sırasına girdi. Hələ 2001-ci dekabrın 31-i Space telekanalında yeni il şənliyi zamanı bu alboma daxil olan, sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan Anladım Sonunda mahnısı səslənmişdi və çox bəyənilmişdi. Mahnı bütün 2002-ci il boyu hitparadlardan düşmədi. 2003-cü ilin ikinci rübündə Qəlbinə Yol mahnısına videoklip çəkildi, videonu Emin Mirabdullayev çəkdi, bu Azərbaycanda ilk dəfə olaraq kinolentə çəkilən klip oldu. Albomda 9 mahnı ilə yanaşı bir də popurri vardı, bu Zülfiyyə Xanbabayevanın əvvəlki iki albomunda yer alan bəzi mahnıların Rəşad Haşımov tərəfindən hazırlanan mix'i idi. Zülfiyyə xanım alboma Azərbaycanın Xalq Artisti Cavanşir Quliyevin də bir bəstəsini daxil etmişdi. Albomda Kölgələr Düşdü mahnısın musiqisi Tünzalə Ağayevaya aiddir.
Yeni yol
Yeni yol (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Yeni yol (qəzet) — Azərbaycanda qəzet.
Yol (dəqiqləşdirmə)
Yol — insanların və nəqliyyatın getdiyi yer. Yol (jurnal) — jurnal. Yol (film, 1981) Yol (film, 1954) — Federiko Fellininin çəkdiyi İtaliya filmi. Yol (film, 2009) — Yol əhvalatı (film, 1980) — Teymur Bəkirzadənin çəkdiyi Azərbaycan filmi. ...Yol (Qriffinlər) — "Qriffinlər" cizgi serialının xüsusi seriyalar silsiləsi. Yollar görüşəndə... (film, 1979) — Ramiz Həsənoğlunun çəkdiyi film. Yol (fiziki kəmiyyət) — Sürət ilə zamanın hasilinə bərabər olan fiziki kəmiyyət.
Yol (jurnal)
[mənbə göstərin] Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal. "Yol" ötən yüzilliyin 90-larında Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan tüٍrkəcəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üٍzu görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özüٍndən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifəlrinin sayı 64ـdə qədər artımş bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilrində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üٍzu gördükdən sonra məzmun və dilin diyəşidirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi.
Yol hərəkəti
Yol hərəkəti — yol vasitəsi ilə nəqliyyat vasitəsi ilə insanların və yüklərin daşınması prosesində yaranan ictimai münasibətlər.
Yol iyesi
Yol iyəsi - türk ve altay mifologiyasında yol ruhu. Col (Zol) iyəsi də deyilir. Yolların qoruyucu ruhudur. Hər yol üçün fərqli bir iye vardır. Yol eyni zamanda qanun və nizamı, xoşbəxtlik və rahatlığı təmsil edir. Taleh və düzgünlük kimi anlayışları içərisində saxlayır. Yol doğru bilinəni etmək deməkdir. Yol iyəsi, pis niyyətli insanları hər gün getdikləri yoldan şaşırtabilirmiş. Heç gözlənilməz bir anda bu cür insanlar bildik bir yoldan gedərkən özlərini qaranlıq meşə içində bulurlarmış. Bəzən də qar fırtınasında insanlar evləri ətrafında dolanıb dayanarlar, evə gələcək yolu tapa bilmədən donub ölebilirlermiş.
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarı ilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. == Beynəlxalq konvensiyalar == Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. == Kateqoriyalar == Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır.ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi ( mülki müdafiə ) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət ( tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanlarıBirləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir. İstiqamət nişanları arasında kifayət qədər qeyri-rəsmi fərq qabaqcıl istiqamət nişanları, mübadilə istiqaməti nişanları və arxayınlaşma nişanları arasındakı fərqdir.
Şərəfli yol
Şərəfli yol (film, 1974)
Kortikospinal yol
Kortikospinal yol — beyin qabığından başlayan və onurğa beynindəki aşağı motor neyronları və interneyronlarında bitən, əzaların və bədənin hərəkətlərini idarə edən ağ maddə motor yolu.Kortikospinal yolda 1 milyondan çox neyron var və onlar adətən həyatın ilk 2 ilində miyelinləşirlər.Kortikospinal yol piramidal yollardan biridir, digəri kortikobulbar yoldur. == Anatomiyası == Kortikospinal yol beynin bir neçə hissəsindən, o cümlədən təkcə motor bölgələrindən deyil, həm də ilkin somatosensor korteksdən və premotor bölgələrdən yaranır.Əksər neyronlar ya birincil motor korteksindən (precentral girus, və ya Brodmann sahəsi 4) və premotor frontal bölgələrdən yaranır. Kortikospinal neyronların təxminən 30% -i ilkin motor korteksdən, 30% -i premotor korteksdən və əlavə motor bölgələrindən, qalan 40% isə somatosensor korteks, alın payı və singulat girus arasında paylanır. Bu yuxarı motor neyronları neokorteksin V qatının piramidal hüceyrələrindən əmələ gəlir, və ön beyindəki daxili kapsulun arxa əzasından keçərək ara beynin dibində yerləşən beyin qabığına daxil olur. Sonra hər iki yol beyin sapından, körpüdən, daha sonra isə medullaya keçir.Kortikospinal yol kortikobulbar yol ilə birlikdə beyin sapının medullasının hər iki tərəfində iki piramida əmələ gətirir və onların adı piramidal yollar kimi gedir. Kortikospinal neyronlar birbaşa əzələ nəzarəti üçün alfa motor neyronlarına birbaşa sinaps edir. Betz hüceyrələri mikroskop altında çox görünən çox böyük hüceyrələrdir və onurğa beyninə proyeksiya edən hüceyrələrin yalnız 5%-ni təşkil etmələrinə baxmayaraq, motor siqnallarının ötürülməsi üçün çox vaxt ən vacib hesab olunurlar. Bu hüceyrələr 70 m/s-dən çox yüksək keçiricilik sürəti ilə diqqət çəkir ki, bu da beyindən onurğa beyninə bütün siqnalların ən sürətlisidir. === Hissələri === Kortikospinal yol 2 hissəyə bölünür: yan kortikospinal yol ön kortikospinal yol.Yanal kortikospinal yolun neyronları orta xətti uzunsov medulla səviyyəsində keçir və yuxarı və aşağı ətrafları və barmaqları idarə edir. Yan yol kortikon-onurğa yollarında birləşmələrin təxminən 90%-ni təşkil edir; böyük əksəriyyəti medullada keçir, qalanları (təxminən 2-3%) isə eyni olaraq qalır.
аберрацио́нный дви́жимый дифференци́роваться духо́вно маньчжу́р подма́тываться прогресси́вность раско́льнически снежноя́годник терпе́ть измы́ливать обвине́ние скаля́рный ску́пщина муфта самоед atrabiliary curry powder geriatric lifeboat menticultural red pepper алфавитный жеребёнок конкурировать